Bazar, 19 May

"Krım körpüsünü biz partlatmışıq" - Təhlükəsizlik Xidmətinin rəisi

image

Ukrayna Təhlükəsizlik Xidməti 2022-ci ilin oktyabrında Krım körpüsünü partlatmaq üçün müəyyən addımlar atıb.

Xəbər verilir ki, bu barədə Xidmətin rəisi Vasili Malyuk jurnalist Dmitro Komarova müsahibəsində bildirib.

Bildirib ki, düşmənin logistik yolunu kəsmək üçün beynəlxalq hüquqa və döyüş adət və ənənələrinə uyğun olaraq zəruri addımlar atılıb.

Qeyd edək ki, Krım körpüsünün uzunluğu 19 kilometrdir. Avtomobil hissəsi 2018-ci ilin mayında istifadəyə verilib və 2019-cu ilin dekabrında onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkətə başlayıb. Krım körpüsündə partlayış 2022-ci il oktyabrın 8-də baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41